top of page
Post: Blog2_Post

Sadə və səliqəli fayl bölmə üsulu

Faylları, və ya verilənləri bölmək, qruplaşdırmaq, tərtib etmək gündəlik iş prosesində ən çox qarşımıza çıxan problemlərdəndir. Bu gün paylaşacağım kod da bu məqsədə xidmət edir.

Bu "notebook"u yaratmaqda məqsədim öz qarşıma çıxan bir problemi həll etmək idi. Əlimdə içində yüz minlərlə sətir olan bir cədvəl var idi. Mən həmin cədvəli ardıcıl identifikasiya nömrələri ilə hər biri 1000-lik aralığı əhatə edən kiçik cədvəllərə çevirməli idim. Məsələn, 1001-dən 2000-ə qədər İD-ləri olan bütün sətirlər bir cədvələ, 2001-3000 aralığındakı nömrələr digər cədvələ yazılmalı idi. Problem həm də ondan ibarət idi ki, İD-lər ardıcıl gəlmirdi. Məsələn 3015-dən sonrakı İD 3020 ola bilərdi, arada bir sıra İD-lər isə cədvəldə yox idi. Buna görə də 1000-lik aralıqlı cədvəllərdə say bərabər olmayacaqdı. Yəni cədvəli İD-yə görə sıralayıb, sonra 1000-1000 bölə bilməzdim. Bu zaman cədvəllər mənim istədiyim kimi 3001-4000 kimi olmazdı, arada istifadə olunamayan İD-lərə görə, 1000 ədəd götürsəm axırıncı ədəd 4000-dən böyük olardı və siyahə səliqəli bölünməzdi. Ona görə aşağıdakı kimi həll yolu fikirləşdim. Bəlkə də, bu bir o qədər çox rast gəlinən problem deyil, yaxud da çox sadədir. Amma düşündüm ki məndən başqa da kiminsə işinə yaraya bilər. Odur ki, bölüşmək qərarına gəldim.


Problemi bir "notebook"da funksiya yaratmaqla 1 üsul, digərində isə manual 2 üsul olmaqla, ümumi 3 üsulla həll etməyə çalışdım.


Aşağıdakı "github repository"yə keçid edərək kodlarla tanış ola bilərsiniz.



171 views0 comments

Recent Posts

See All

Digər

bottom of page